Pakistan Milli Müdafiə Universitetinin heyəti Azərbaycanda səfərdədir

Səfir Şah Məhəmməd Camalın rəhbərlik etdiyi Pakistan İslam Respublikasının Milli Müdafiə Universitetinin 18 nəfərdən ibarət heyəti Azərbaycana akademik səfərə gəlib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qonaq heyətin tərkibinə Milli Müdafiə Universitetinin “Milli Təhlükəsizlik və Müharibə kursunda təhsil alan Pakistan Silahlı Quvvələrinin və dövlət qurumlarının, o cümlədən Oman, Bruney və Nigeriya Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri daxildir.

Səfərin əsas məqsədi ölkəmizin tarixi və mədəniyyəti ilə tanışlıqdan, Azərbaycannın müdafiə və təhlükəsizlik, iqtisadi, daxili və xarici siyasəti, müstəqillik illərində üzləşdiyi problemlər və əldə etdiyi nailiyyətlər barədə məlumat əldə etməkdən ibarətdir.

Aprelin 25-də qonaq heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyasını ziyarət edib. Onlar Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev tərəfindən qarşılanıb və rəhbərlər arasında ikitərəfli görüş keçirilib.

Daha sonra Azərbaycan Silahlı Qüvvələrinin, onun Hərbi Akademiyası və aprel ayının əvvələrində qoşunların təmas xətdində baş vermiş hadisələr barədə qonaqlara məlumat verilib.

KATEQORIYA:
Bu xəbəri paylaş