Pakistan “Nasr” adlı balistik raketinin testlərinə hazırlaşır

Pakistan gələn ay “Nasr” adlı balistik raketinin testlərinə başlayacaq. Bu barədə “AzeriDefence” Pakistanın “Geo News” xəbər kanalına istinadən məlumat verib.

Bu son bir neçə ayda Pakistan Silahlı Qüvvələri tərəfindən aparılan üçüncü reaktiv testdir. Mart ayında “Abdali” adlı nüvə başlıqlı qısa məsafəli ballistik raketini, bu yaxınlarda isə “Hatf III” raketinin testlərin keçirib.

Bərk yanacaqla qidalanan “Nasr “110 milə qədər effektiv uçuş diapazonuna malik olacaq. Raket əvvəlcə 2011-ci il aprelin 19-da yoxlanıb və bu raket “Hatf IX” kimi tanınır. Raket nüvə başlığı və ya adi partlayıcı döyüş başlığı daşıya biləcək.

Pakistan ekspertlərinin iddiasına görə, “Nasr” dünyada ən dəqiq balistik raketlərdəndir.

KATEQORIYA:
Bu xəbəri paylaş