Pakistan Ordusu modernləşdirilmiş “Al Khalid-1” takının ilk partiyasını təhvil alıb

Pakistan Ordusu modernləşdirilmiş “Al Khalid-1” takının ilk partiyasını təhvil alıb

Pakistanın Silahlı Qüvvələri modernləşdirilmiş “Al Khalid-1” əsas döyüş tankının ilk partiyasını təhvil alıb.

Azeri Defence saytının xarici mediaya istinadən verdiyi xəbərə görə, Pakistan Quru Qoşunlarının Baş Qərargah rəisi general Kamar Javed Bajvanın iştirakı ilə keçirilən mərasimdə 44 ədəd modernləşdirilmiş “Al Khalid-1” tankı ordunun silahlanmasına qəbul edilib.

Pakistanın “Heavy Industries Taxila” (HIT) şirkəti tərəfindən modernizasiya olunan “Al Khalid-1” tankı AORAK Mk.2 dinamik müdafiə sistemi ilə komplektləşdirilib. Tank 6 pilləli ötürücü transmissiyaya malikdir.

“Al Khalid-1” Ukraynanın Xarkov Maşınqayırma və Konstruktor Bürosunun birgə məhsulu olan 1200 at gücünə malik 6TD-2E dizel mühərriki ilə təchiz edilib. Tanka quraşdırılan elektro-optik sistem gecə/gündüz, hər cür hava şərtlərində dəqiq atış imkanı verir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş