Pakistan prezidenti Azərbaycanın müdafiə sənayesi nazirini qəbul edib

Azərbaycanda səfərdə olan Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseyn Azərbaycan-Pakistan arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən həmsədri müdafiə sənayesi naziri Yavər Camalovu qəbul edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazir Yavər Camalov hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən həmsədri kimi, İslamabadda keçiriləcək Azərbaycan-Pakistan arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyanın növbəti iclasında Pakistanla müxtəlif istiqamətlər üzrə yeni əməkdaşlıqlar barədə Azərbaycan tərəfindən müzakirəyə çıxarılacaq təklifləri və gündəlikdə olan digər məsələləri Pakistan Prezidenti Məmnun Hüseynin diqqətinə çatdırıb.

KATEQORIYA:
Bu xəbəri paylaş