Pakistan “Raad” aviasiya qanadlı raketinin sınaqlarını keçirib

Pakistan Silahlı Qüvvələri yerli istehsal olan “Raad” (Hatf-8) aviasiya qanadlı raketinin sınaqlarını keçirib.
“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Pakistan Silahlı Qüvvələrinin ictimaiyyətlə əlaqələr mərkəzi (İSPR) məlumat yayıb.

Raketin uçuş sınaqları uğurla keçib.

Qeyd edək ki, indiyədək “Raad” raketinin 5 atış sınağı keçirilib və uğurla tamamlanıb.

“Raad” qanadlı raketi hədəfi 350 km məsafədən vurmağı bacaracaq. Raket stels texnologiya əsasında hazırlanıb. Raketin uçuş trayektoriyası planlana və uçuş zamanı dəyişdirilə bilir.

Qeyd edək ki, adıçəkilən raket Pakistan istehsalı olan JF-17 “Thunder” təyyarəsinin “Block 2” versiyasının silahlanmasında da yer alacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş