Pakistan Silahlı Qüvvələri Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini tamamilə dəstəkləyir

Pakistan Silahlı Qüvvələri Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini tamamilə dəstəkləyir

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Ravalpindi şəhərində Birgə Qərargahda Baş Qərargah Rəisləri Komitəsinin sədri general Nadeem Raza ilə görüşüb.

Azeri Defence saytının məlumatına görə, bu barədə Pakistan Silahlı Qüvvələrinin ictimai əlaqələr şöbəsi məlumat yayıb.

Görüş zamanı ikitərəfli maraq doğuran və regional təhlükəsizlik məsələləri müzakirə edilib.

Baş Qərargah Rəisləri Komitəsinin sədri hər iki ölkə arasında möhkəm təməllər üzərində qurulan qardaşlıq əlaqələrini bir daha təsdiqləyib.

General Nadeem Raza bildirib ki, Pakistan Silahlı Qüvvələri Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının yekdilliklə qəbul etdiyi bir neçə qətnaməyə uyğun olaraq Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini tamamilə dəstəklədiyir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş