Pakistan Silahlı Qüvvələrinin rəhbərliyi dəyişib

Pakistan Silahlı Qüvvələrinin rəhbərliyində dəyişiklik olub.

“AzeriDefence”nin Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr Mərkəzinə (İSPR) istinadən verdiyi məlumata görə, Baş Qərargah Rəisləri Birləşmiş Komitəsində baş vermiş dəyişikliklə Komitə sədri general Rəşad Mahmudu general Zübeyr Mahmud Həyat əvəz edib.

Quru Qoşunlarının (Ordu) Baş Qərargahın sədri postunda aprılmış dəyişikliklə noyabrın 29-dan general Rahel Şərifi general Qamar Cavid Bajva əvəzləyib.

Hərbi Dəniz və Hərbi Hava Qüvvələrinin komandanlığında isə dəyişiklik olmayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş