Pakistan Türkiyəyə 100 ədəd təlim təyyarəsi ixrac edəcək

Pakistan Aeronautical Complex (PAC) Türkiyəyə 100 ədəd “Super Mushshak” təlim təyyarəsi ixrac edəcək.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə Pakistan Senatının Müdafiə Daimi Komitəsinin sədri Abdul Qayyum bildirib.

Bu PAC-ın tarixində bir müqavilə ilə ən böyük ixracatı olacaq.

PAC-ın sədri Ərşad Malik isə “Azeri Defence” jurnalına müsahibəsində bildirib ki, Türkiyənin elan etdiyi tenderdə dünyanın aparıcı təlim təyyarələri istehsalçıları ilə yarışdıqlarını və müsbət sonluğa gəldiklərini qeyd edib. O, “Super Mushshak” təyyarələrinin öz sinfində ən təhlükəsiz təyyarə olduğunu, təlimlə yanaşı fərqli missiyalarda istifadə oluna bildiyini qeyd edib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş