Pakistan Ukraynadan tank ala bilər: Sınaq testlərinə başlanılıb

Pakistanda Ukrayna istehsalı olan Oplot-M tankının sınaqlarına başlanılıb.

“AzeriDefence”nin xarici KİV-ə istinadən verdiyi məlumatına görə, Ukraynanın yeni nəsil tankı sayılan Oplot-M-in təlimlərinə bir neə gün əvvəl başlanılıb.

Məlumatda o da qeyd olunub ki, Pakistan Ordusu bu tankı silahlanmaya qəbul etmək niyyətindədir. Lakin hər şey sınaqlar bitdikdən sonra bəlli olacaq.

Pakistanlı mütəxəssislərin sözlərinə görə, Oplot-M bundan əvvəl sınaqları keçirilən Çin istehsalı olan МБТ-3000-dən daha yaxşı nəticə göstərməyə başlayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş