Pakistan və Rusiya arasında silah tədarükünə dair müqavilə imzalanıb

Pakistan və Rusiya arasında silah tədarükünə dair müqavilə imzalanıb

Rusiya və Pakistan arasında tank əleyhinə komplekslər, hava hücumundan müdafiə sistemləri və atıcı silahların tədarükü ilə bağlı müqavilələr imzalanıb.

“Poliqon” xəbər verir ki, bu barədə Pakistan Ordusunun Baş Qərargah rəisi ordu generalı Qamar Cavid Bacva AMAN-2021 çoxmillətli Hərbi Dəniz Qüvvələri təlimində çıxışı zamanı deyib.

Qeyd edək ki, bundan əvvəl 2014-cü ilin noyabrında Pakistan və Rusiya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə əsasında Rusiya Pakistan tərəfinə Mi-35 döyüş helikopterləri tədarük edib.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş