Pakistan zabitləri Daxili Qoşunların Ali Hərbi Məktəbində olublar

Pakistan Milli Müdafiə Universitetinin rəhbər heyəti və “Milli Təhlükəsizlik və Müharibə kursu”nun 17 nəfər dinləyicisi Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbində olub.

Bu barədə “AzeriDefence”yə Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.

Ali Hərbi Məktəbin rəisi general-mayor İlqar Məmmədov Pakistan İslam Respublikası ilə Azərbaycan arasında mövcud dostluq münasibətlərindən söz açaraq, əməkdaşlığın bir çox istiqamətlərdə uğurla həyata keçirildiyini diqqətə çatdırıb.

Qarşılıqlı fikir mübadiləsi zəminində keçən görüşdə iki ölkənin müvafiq  qurumları arasında hərbi-texniki əməkdaşlıq münasibətlərinin bu gün uğurla davam etdirildiyi vurğulanıb.

Daha sonra qonaqlara Daxili Qoşunların tarixi, döyüş və inkişaf yolu, qəhrəmanlıq nümunələri, Qoşunların bugünkü inkişafı, eləcə də Ali Hərbi Məktəbdə təlim-tədrisin təşkili, kursantlar üçün yaradılmış hərtərəfli şərait barədə ətraflı məlumat verilib. Müzakirələrdə qarşılıqlı dostluq və əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə edilib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş