Pakistanda təhsil alan Azərbaycan HHQ pilotlarının buraxılış mərasimi keçirilib

Pakistanda təhsil alan Azərbaycan HHQ pilotlarının buraxılış mərasimi keçirilib

Pakistan İslam Respublikasının Əsğər Xan Hərbi Hava Qüvvələri Akademiyasında təhsil alan Azərbaycan Hərbi Hava Qüvvələri (HHQ) pilotlarının buraxılış mərasimi keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin Pakistandakı Hərbi Attaşe Aparatı nümayəndələri, akademiyanın komandanı aviasiya vitse-marşalı Həmid Rəşid Randhava və Uçuş Təlimatçıları Məktəbinin rəsmiləri iştirak ediblər.

Mərasimdə çıxış edən aviasiya vitse-marşalı H.Randhava məzunları təbrik edərək Azərbaycan-Pakistan HHQ arasında əməkdaşlığın, o cümlədən hərbi təhsil və digər sahələrdə əlaqələrin inkişaf etməsinin iki ölkə ordusunun döyüş qabiliyyətinin daha da güclənməsinə töhfə verdiyini bildirib.

Azərbaycanın Pakistandakı hərbi attaşesi polkovnik Mehman Novruzov pilot hazırlığı proqramı çərçivəsində Azərbaycan zabitlərinə göstərilən köməkliyə görə qarşı tərəfə Müdafiə Nazirliyinin rəhbərliyi adından təşəkkürünü bildirib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş