JF-17-lərin ASELSAN-nın hədəfləmə sistemi ilə təchizinə dair saziş imzalanıb

Pakistanın JF-17 “Thunder” döyüş təyyarələri Türkiyənin ASELSAN şirkətinin istehsalı olan ASELPOD elektro-optik hədəfləmə sistemi ilə təchiz ediləcək.

Bu barədə “AzeriDefence” Pakistan mediasına istinadən məlumat verib.

Pakistan ilk 16 təyyarənin təchiz edilməsi üçün ASELSAN şirkətinə 25 milyon ABŞ dolları dəyərində 16 ədəd ASELPOD sifariş verib.

Bununla bağlı Türkiyənin Müdafiə Sənayesi Katibliyi ilə Pakistanın müvafiq qurumu arasında saziş imzalanıb.

ASELPOD gecə əməliyyatlarını asanlaşdıracaq. Belə ki, sistemin videokameraları 8 hədəfə qədər dəqiq və geniş görüntülü mərkəzə ötürə bilir.

Maksimum mənzili 55 km olan ASELPOD 25 km-də lazerlə hədəfi işarələyə bilir.

Qeyd edək ki, Karaçi şəhərində keçirilən İDEAS-2016 sərgisi çərçivəsində Pakistan tərəfi Azərbaycanla JF-17 “Thunder” döyüş təyyarəsinin alğı-satqısına dair danışıqların getdiyini açıqlayıb. Ehtimal var ki, Azərbaycanın sifariş verəcəyi JF-17 “Thunder” döyüş təyyarələri də ASELPOD ilə təchiz olunacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş