Pakistanın Milli Müdafiə Universitetinin rəhbər heyəti FHN-də olub

Azərbaycanda səfərdə olan Pakistanın Milli Müdafiə Universitetinin rəhbər heyəti Fövqəladə Hallar Nazirliyində (FHN) görüş keçirib.

“AzeriDefence”nin FHN-nin rəsmi internet səhifəsinə istinadən verdiyi məlumatına görə, qonaqlar FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinində böhranların idarə edilməsi və əməliyyatlar, eyni zamanda, Multi-media mərkəzinin fəaliyyəti ilə tanış olub.

Sonra fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağızadə ilə görüş olub.

Nazirliyin müvafiq struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə xarici qonaqlara fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı görülmüş işlər, nazirliyin beynəlxalq əlaqələri barədə ətraflı məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb.

Nümayəndə heyətinin rəhbəri səfir Şah Məhəmməd Camal Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin fəaliyyətində tətbiq olunan son texnoloji yenilikləri maraqla qarşıladıqlarını vurğulayıb, təcrübə mübadiləsinin gücləndirilməsinin vacibliyini bildirib.

Daha sonra,Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş