Pakistanın “Super Mushshak” təlim təyyarəsi qəzaya uğrayıb

Pakistanın “Super Mushshak” təlim təyyarəsi qəzaya uğrayıb

Pakistanın Hərbi Hava Qüvvələrinə məxsus “Super Mushshak” təlim təyyarəsi qəzaya uğrayıb.

Bu barədə “AzeriDefence” Pakistan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

“Super Mushshak” təyyarəsi təlim uçuşları zamanı Qucrat şəhəri yaxınlığında qəzaya düşüb.

Qəza nəticəsində təyyarədə olan iki hərbi qulluqçu həlak olub.

Qeyd edək ki, Azərbaycan Pakistandan 10 ədəd “Super Muşşak” (MFİ-395 “Super Mushshak”) təlim təyyarəsi alıb.

KATEQORIYA:
Bu xəbəri paylaş