“Palladium” Azərbaycanda “5.11” və “UF Pro”nu təqdim edəcək

“Palladium” Azərbaycanda “5.11” və “UF Pro”nu təqdim edəcək

Azərbaycanın “Palladium Defence and Security Equipment” şirkəti taktik geyimlərin və aksessuarların istehsalı sahəsində ixtisaslaşmış daha iki məşhur şirkətin Azərbaycanda distrübütorluğunu alıb.

“AzeriDefence”nin məlumatına görə, “Palladium Defence and Security Equipment” şirkəti bundan sonra məşhur “5.11” (ABŞ) və “UF Pro” (Soveniya) şirkətlərinin məhsullarını Azərbaycan bazarına təqdim edəcək.

Qeyd edək ki, hazırda “Palladium Defence and Security Equipment” şirkəti “Helikon-Tex”, “Lowa” və digər məşhur brendlərin Azərbaycanda rəsmi və eksklüziv təmsilçisidir.

Maraqlananlar yeni markaları “Palladium”un mağazasından əldə edə bilərlər.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş