“Pantsir” zenit-raket top kompleksinin gəmi versiyası yaradıldı – FOTO  

Döyüş gəmi üçün nəzərdə tutulan yeni “Pantsir” zenit-raket top kompleksi 2017-ci ilin sonlarında silahlanmaya qəbul olunacaq.

“AzeriDefence”nin məlumatına görə, bu barədə “Visokotoçniye kompleksi” Elmi-Tədqiqat İstehsalat Birliyinin baş direktorunun müavini Dmitriy Konopleyev açıqlama verib.

Birliyin gəmi zenit kompleksləri üzrə baş konstrukturu Aleksandr Jukov isə deyib ki, artıq Rusiya Hərbi Dəniz Qüvvələri üçün “Pantsir-M” kompleksinin seriyalı istehsalına başlanılıb.

Məlumatda o da qeyd olunub ki, “Pantsir-M” hazırda silahlanmada mövcud olan “Kortik” komplekslərini əvəzləyəcək.

Xatırladaq ki, “Pantsir-M” ZRTK quru qoşunlar üçün nəzərdə tutulan “Pantsir-S1” kompleksinin bazasında yaradılıb.

Texniki xarakteriskasına görə, “Pantsir-M” –də 1000 km, saatda uçan aviasiya vasitəsini məhv edə bilir. Bundan başqa silah eyni vaxtda 4 hədəfə atəş açır, kompleksin hədəfə reaksiyası isə 3-5 saniyədir.

Kompleksin raketi 20 km məsafədə, topu isə 4 km-ə qədər məsafədə hədəfi vura bilir.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş