“PARABOKT” Silahlı Qüvvələrə Yardım Fonduna 50 min manat köçürüb

“PARABOKT” Silahlı Qüvvələrə Yardım Fonduna 50 min manat köçürüb

“PARABOKT” ASC döyüşən Azərbaycan Ordusuna dəstək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrin Yardım Fonduna 50 min manat vəsait köçürüb.

Bu barədə Azeri Defence saytına “PARABOKT” ASC-dən məlumat verilib.

Xatırladaq ki, “PARABOKT” bu ilin Mart ayında Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat ianə köçürüb.

“Eyni zamanda, şirkətin bir neçə əməkdaşı da torpaqlarımızın işğaldan azad olması uğrunda gedən döyüşlərdə iştirak etmək üçün ordu sıralarına qoşulub”, – deyə məlumatda bildirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş