Paradda iştirak edəcək hərbi texnikaların bir qismi paytaxtın mərkəzinə gətirilib

26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə keçiriləcək parada iştirak edəcək hərbi texnikanın Bakı şəhərinə gətirilməsinə başlanıb. “AzeriDefence”nin məlumatına görə, artıq parada iştirak edəcək TOS-1A sistemləri, eləcə də bir sıra zirehli texnikalar paytaxta gətirilərək “Azadlıq” meydanı yaxınlığında yerləşdirilib.

Parada hazırlıq çərçivəsində hərbi gəmilər də hava şəraitinə görə iyunun 22-dən Bakı buxtasına lövbər salacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş