“Paramount Group” AHRLAC təyyarəsini “Boeing”lə birgə inkişaf etdirəcək

“Boeing” və “Paramount Group” şirkətləri Yüngül Çoxməqsədli Təyyarə (AHRLAC) layihəsinin inkişaf etdirilməsində əməkdaşlıq edəcəklər.

Bu barədə “AzeriDefence”yə “Paramount Group” şirkətindən məlumat verilib.

İki yerli təyyarəyə müasir kəşfiyyat, müşahidə və nəzarət (ISR) imkanları ilə yanaşı silah sistemlərinin daxil edilməsi nəzərdə tutulur. Layihə çərçivəsində “Boeing” AHRLAC-ın təhlükəsizlik və hərbi variantları üçün ISR və vahid missiya sistemini hazırlayacaq. Təyyarənin hərbi versiyası “Mwari” adlanacaq.

“Paramount Group” şirkətinin icraçı sədri Ayvor İçikovitz bildirib ki, AHRLAC çoxfunksiyalı təyyarə olaraq qlobal aviasiya sənayesində əhəmiyyətli yer tutacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş