Paramount Group Argentinanın nüfuzlu hərbi şirkəti ilə strateji tərəfdaşlıq sazişi imzalayıb

Paramount Group Argentinanın müdafiə şirkəti Codesur ilə strateji tərəfdaşlıq barədə saziş imzalayıb. Bu barədə “AzeriDefence”yə Paramount Group şirkətinin media ilə əlaqələr mərkəzindən məlumat verilib.

Paramount Group şirkətindən verilən məlumata görə, bununla da şirkətin təhlükəsizlik və yer sistemləri, elektron və hava sistemləri Latın Amerikada nümayiş olunacaq. Həmçinin Argentinada və digər mühüm mərkəzlərdə zirehli maşınlar istehsal oluna bilər.

Bu yaxınlarda Braziliyanın paytaxtı Rio de Janeyroda Paramount Groupun Maverick maşınlarının sınaqları tamamlanıb. Sınaqlar zamanı simulyasiya olunmuş iğtişaşlar, Molotov kokteyl ilə hücum kimi variantlar keçirilib.

Paramount Group Cənubi Amerikada təqdimatları və irəliləni Braziliyada keçiriləcək Konfederasiya Kuboku, Roma Papasının səfəri, futbol üzrə dünya çempionatı və Olimpiya oyunları qabağı çox yaxşı fürsət sayır.

Paramount Groupun icraçı direktoru Con Kreyqin sözlərinə görə, bu Paramount Group üçün tarixi bir gündür: “Biz Argentinanın qabaqcıl şirkəti Codesur ilə tərəfdaşlıq bağladıq. Biz bu şirkəti ona görə seçmişik ki, onların texnologiyaları və qitədə imkanları böyükdür. Paramount Groupun maşınlar və təhlükəsizlik həlləri bu unikal çağırışları qarşılamaq üçün tərtib olunub və bu bizi digər rəqiblərdən seçilir. Ümid edirik ki Codesur ilə strateji tərəfdaşlıq imkan verəcək ki Argentinada və Latın Amerikada öz texnologiyaları istehsal edək”.

Paramount Groupun biznes inkişafı üzrə direktoru Maylz Çemberz isə bildirib ki Cənubi Afrika və Argentina innovasiya üçün çox maraqlıdır: “Bu innovasiyalar bizi Afrikanın ən iri təhlükəsizlik və müdafiə sahəsində çalışan özəl şirkətinə çevirib. Biz uğurlu tariximizi Afrikanın ilk təyyarəsi AHRLAC-ın istehsalı ilə davam etdiririk. Müşahidə və kəşfiyyat təyyarəsi Latın Amerikanın üzləşdiyi təhlükəsizlik çağırışlarını qarşılamaq üçün yaradılıb. AHRLAC həmçinin bizim digər təhlükəsizlik platformaları ilə işləmək üçün də yaradılıb. Bu platformalar Maverick təhlükəsizlik maşını, Marauder və Matador 4×4 minadan qorumalı nəqliyyat vasitəsi, Mbombe 6×6 piyadaların döyüş maşnı, çevik qüvvələr üçün nəzərdə tutulan Marauder Patrol tipli zirehli maşını və müasir elektron və kommunikasiya sistemlərini özündə birləşdirir”.

KATEQORIYA:
Bu xəbəri paylaş