Paramount Group ATE firmasına sahib oldu

ATE şirkəti Paramount Advanced Technologies adlandıParamount Group şirkəti Cənubi Afrikanın ATE (Advanced Technology and Engineering Company) şirkətini alıb. Bu barədə “AzeriDefence”yə Paramount Group şirkətindən məlumat verilib.

Bununla da 27 illik təcrübəyə malik olan ATE Paramount Groupun tərkibində Paramount Advanced Technologies adı ilə fəaliyyət göstərəcək.

Paramount Group şirkətinin icraçı sədri İvor Ichikowitz bildirib ki, bu adım Paramount Groupa müdafiə sənayesində əlavə imkanlar qazandıracaq. Bununla Paramount Groupun mıhsulları sırasına pilotsuz uçuş aparatları, avionik sistemlər, missiya sistemləri və s.əlavə olunur.

Qeyd edək ki, həm ATE, həm də Paramount Group Azərbaycan müdafiə sənayesində fəaliyyət göstərir. ATE firmasının Azərbaycanda “Azairtechservice” ilə birgə təsis etdiyi şirkət mövcuddur.

KATEQORIYA:
Bu xəbəri paylaş