“Paramount Group” və ASELSAN əməkdaşlıq sazişi imzalayıb

CAR-da keçirilən AAD-2014 beynəlxalq müdafiə sərgisi çərçivəsində “Paramount Advanced Technologies” (PAT) şirkəti ilə Türkiyənin ASELSAN şirkəti arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb. Bu barədə “AzeriDefence”yə Paramount Group şirkətindən məlumat verilib.

Sənədi PAT şirkətinin İdarə Heyətinn sədri Karlo Gagiano və ASELSAN şirkətinin baş direktorunun müavini Özcan Kahramangil imzalayıb.

İmza mərasimində danışan “Paramount Group”un icraçı sədri Ayvor İçikovitz (Ivor Ichikowitz) Cənubi Afrika və Türkiyə müdafiə sənayesinin böyük imkanlara malik olduğunu bildirib.

”Mən aerokosmik sənayedə Türkiyə ilə böyük əməkdaşlığın olacağını düşünürəm”, – deyə İçikovitz bildirib.

ASELSAN İdarə Heyətinin sədri Hasan Canpolat isə rəhbərlik etdiyi şirkətin Cənubi Afrikanı mühüm bazar, “Paramount Group”u da strateji tərəfdaş kimi gördüyünü qeyd edib.

KATEQORIYA:
Bu xəbəri paylaş