“Paramount Group”un “Bronco II” təyyarəsi USSOCOM-un proqramına təklif olunub

“Paramount Group”un “Bronco II” təyyarəsi USSOCOM-un proqramına təklif olunub

“Leidos”, “Paramount Group USA” və “Vertex Aerospace” şirkətlərinin yaratdığı ortaqlıq “Paramount Group”un “Bronco II” yüngül hücum təyyarəsini ABŞ Xüsusi Əməliyyat Komandanlığının (US SOCOM) pərvanəli yüngül hücum təyyarələri proqramına (Armed Overwatch) təklif edib.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “Leidos” şirkəti məlumat yayıb.

Üç şirkət aralarında imzalanmış müqavilə çərçivəsində “Bronco II” təyyarəsinə (AHRLAC proqramı çərçivəsində yaradılan təyyarə CAR-da “Mwari” adlanır) müasir hava həllərinin inteqrasiyasını həyata keçirəcəklər.

Qeyd edək ki, “Armed Overwatch” proqramı çərçivəsində USSOCOM 75 ədəd yüngül hücum təyyarəsi almağı planlaşdırır.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş