Paramount Groupun yeni nəqliyyat vasitəsi – MARAUDER PATROL

Paramount Group şirkəti MARAUDER PATROL adlı yeni zirehli nəqliyyat vasitəsini AAD-2012 sərgisində ilk dəfə nümayiş etdirir. Yeni nəqliyyat vasitəsi yüksək manevrliyə və qorumaya malikdir. Bu barədə “AzeriDefence.com” saytına Paramount Group şirkətindən məlumat verilib.

Çoxməqsədli platforma olan MARAUDER PATROL manevrlilik və yüksək qorumanı özündə cəmləşdirməklə, indiyədək dünyanın müxtəlif ölkələrində özünü doğrultmuş MARAUDER tipli nəqliyyat vasitəsinin bazasında hazırlanıb.

Çətin keçilən şəraitlər üçün hazırlanmış MARAUDER PATROL hərbi, polis və xüsusi təyinatlı qüvvələr üçün nəzərdə tutulur. Nəqliyyat vasitəsinin aqressiv olmayan xarici görünüşü onun sülhyaratma əməliyyatlarında istifadəsinə imkan yaradır.

MARAUDER PATROLun zirehi heyəti 7.62 və 5.56 mm güllələrdən, M26 tipli qumbaralardan müdafiə etməklə, STANAG Level 1 səviyyəsinə cavab verir. Ekstra qorumanı istəyənlər üçün bunu maşının performansına təsir göstərmədən STANAG Level 2 səviyyəsinə çatdırmaq mümkündür. Maşının üzərinə müxtəlif silahlar inteqrasiya oluna bilir.

Maşının daxilində heyətin rahatlığı nəzərə alınıb, həmçinin tibbi ləvazimatlar və rabitə vasitələri yerləşdirilə bilir.

Paramount Group şirkətinin biznesin inkişafı departamentinin direktoru Mayls Çambersin (Miles Chambers) sözlərinə görə, yeni maşın bənzəri olmayan manevrlilik və yüksək səviyyədə qorumanı təmin edir.

“MARAUDER PATROL nəqliyyat vasitələri bazarında yeni bir cığır açır. Bu maşın polis, xüsusi əməliyyatlar, patrul əməliyyatlarını həyata keçirən qüvvələr, eləcə də yolsuz yerlər üçün idealdır”, – deyə M. Çambers əlavə edib.

Özəllikləri

Heyət: 2 +2, 2 +3 (dörd-qapılı pick-up), 2 +6 və ya 2 +7 (beş-qapılı SUV)
Boş ağırlıq: 2950 kq (dörd qapı) və 3450 kq (beş qapılı)
Tam ağırlıq: 3500 / 4800 kq
Yerdən yüksəklik: 235 mm
Maksimum sürət: 120 km / saat
Dönmə radiusu: 15 m
Birbaşa məsafəsi: 800 km
Mühərrik: 128 kW 398Nm Turbo Dizel
Transmissiya: 5 irəli manuel
Əyləc: hidravlik
Elektrik sistemi: 12 V
Güllələrə qarşı qoruması: STANAG 4569 Level 1
Partlamaya qarşı: M26 əl qumbarası

KATEQORIYA:
Bu xəbəri paylaş