Paramount Grupun rəhbərinə “Prix de la Fondation” mükafatı verilib – FOTO

CAR-ın Paramount Grup şirkətinin rəhbəri Ayvor İçikovitz (Ivor Ichikowitz) Afrikanın sosial və iqtisadi inkişafında roluna görə Bakıda keçirilmiş Crans Montana Forumunun prestijli “Prix de la Fondation” mükafatına layiq görülüb. Bu barədə “AzeriDefence”yə İçikovitz Ailə Fondundan mılumat verilib.

A.İchikowitz son 23 ildə bu mükafatı alan ilk Cənubi Afrikalıdır.

İçikovitz Ailə Fondu Afrikanın müxtəlif bölgələrində xeyriyyə işləri həyata keçirir. Fond son olaraq Konqonun paytaxtı Brazzavilledə yerli insanlara tam təchiz olunmuş bir mobil xəstəxana bağışlayıb.

Qeyd edək ki, A. İçikovitzin rəhbəri olduğu Paramount Group şirkəti Azərbaycanın müdafiə sənayesində 2008-ci ildən fəaliyyət göstərir. Azərbaycan müəssisəsi Paramount Groupla birgə heyəti mina və artilleriya partlayışlarından, həmçinin güllələrdən mühafizə edən nəqliyyat vasitələrini istehsal edir.

KATEQORIYA:
Bu xəbəri paylaş