“Paramount Maritime” SMB sinifli katerin sınaqlarını keçirir

“Paramount Maritime” SMB sinifli katerin sınaqlarını keçirir

“Paramount Group” şirkətinə daxil olan “Paramount Maritime” gəmiqayırma müəssisəsində Cənubi Afrika Hərbi Dəniz Qüvvələri üçün katerlər inşa edilir.

Azeri Defence saytının “Janes” nəşrinə istinadən verdiyi məlumata görə, ilk SMB (“Survey Motor Boats”) sinifli kater hazırda sifarişçiyə çatdırılmadan əvvəl sınaqlardan keçirilir.

Dənizdə tədqiqatların aparılması üçün hazırlanan ilk SMB sinifli katerin uzunluğu 11 metr təşkil edir. Kater iki ədəd “Volvo Penta D4” mühərriki ilə təchiz edilib. Kater 300 metrə qədər dərinlikdə tədqiqatlar aparmağa imkan verir.

SMB sinifli katerin Cənubi Afrika Hərbi Dəniz Qüvvələrinə çatdırılma tarixi barədə məlumat verilməyib.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş