Partlayış nəticəsində 3 erməni hərbçisi yaralanıb

Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçuları partlayıcı qurğunun partlaması nəticəsində ağır dərəcəli qəlpə xəsarətləri alıblar.

Bu barədə “AzeriDefence” “News.am” saytına istinadən məlumat verib.
Hadisə fevralın 28-də döyüş mövqelərində mühəndislik işlərinin icra edilməsi zamanı baş verib.

Hərbi qulluqçuların hamısı Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Kliniki Hərbi Hospitalına çatdırılıb.

Son məlumata görə, xəsarət alan müddətli hərbi qulluqçu Narek Qriqoryanın vəziyyəti çox ağır, Perç Qabrielyan və Erik Saakyanın vəziyyəti isə ağır kimi qiymətləndirilir.

Hadisə ilə bağlı Ermənistan İstintaq Komitəsində hərbi xidmətə laqeyd münasibət maddəsi ilə cinayət işi qaldırılıb.

Ermənistanın Müdafiə Nazirliyi hadisəni ictimaiyyətə 3 gün sonra açıqlayıb. Bu da cəbhə xəttində baş verən döyüşlərdə itkilərin gizlədildiyini sübut edir.

KATEQORIYA:
Bu xəbəri paylaş