“Patriot PAC-3” tam yenilənmiş şəkildə silahlanmaya qaytarılıb

“Raytheon” şirkəti “Patriot PAC-3” raket əleyhinə kompleksinin yeni versiyasının sınaqlarını yekunlaşdırıb.
“AzeriDefence”nin məlumatına görə, “Raytheon” şirkətinin vitse-prezidenti Sanjay Kapoor deyib ki, kompleks qlobal hava hücumuna qarşı hazırlanan yüksək texnoloji sistemdir və özündə raket əleyhinə müdafiəni tam formalaşdırır.

S. Kapoor bildirib ki, yeni sistem sensorlu rəngli maye kristal ekran və raket vasitəsilə görüntü, radar kompleksi, o cümlədən mərkəzləşdirilmiş informasiya məntəqəsi ilə təchiz edilib. O qeyd edib ki, sınaqlar zamanı kompleks hədəfləri uğurla məhv edə bilib.

Qeyd edək ki, “Patriot PAC-3” raket əleyhinə kompleksi təyyarələrdən, uzaqmənzilli və qanadlı raketlərdən, pilotsuz uçuş aparatlarından, hava hücumuna daxil olan digər silahlardan qorunmaq üçün müdafiə sisteminə daxil olan mükəmməl döyüş qurğusudur. Hazırda bu kompleks dünyanın 12 ölkəsində silahlanmaya daxil edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş