“Patriot”lar 2019-cu ildə Rumıniya Ordusunun silahlanmasına daxil ediləcək

ABŞ-ın “Patriot” zenit-raket kompleksləri (ZRK) 2019-cu ildə Rumıniya Silahlı Qüvvələrinin invertarına daxil ediləcək.

“AzeriDefence” xarici mətbuata istinadən xəbər verir ki, bunu Rumıniyanın müdafiə naziri Mixay Firov deyib.

Müdafiə naziri bildirib ki, Rumıniya hökuməti ABŞ-dan 7 ədəd “Patriot” zenit-raket kompleksinin alınması haqqında layihəni bəyənib. Hökumət tərəfindən bəyənilən qanun layihəsi, yaxın vaxtlarda təsdiqlənmək üçün parlamentə təqdim olunacaq. Parlament təsdiqlədikdən sonra alğı-satqı işləri həyata keçiriləcək.

Xatırladaq ki, 10 iyul 2017-ci il tarixində Rumıniya ilə ABŞ arasında “Patriot” zenit-raket kompleksləri və digər hərbi avadanlıqların alınması ilə əlaqədar müqavilə imzalanıb. Müqavilənin dəyəri 3.9 milyard ABŞ dolları təşkil edib.

Məlumatda o da qeyd olunub ki, hazırda Rumıniya Ordusunun silahlanmasında yer alan sovet istehsalı olan kiçik və orta mənzilli hava hücumundan müdafiə sistemləri köhnəlib. Onları modernizə etmək məqsədə uyğun deyil. Satın alınan “Patriot” hava hücumundan müdafiə sisteminin istismar müddəti ən azı 30 il olacağı bildirilib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş