“Patriot”un müasirləşdirilmiş versiyasının sınaqlarını başa çatıb

“Raytheon” şirkəti “Patriot” zenit-raket kompleksinin müasirləşdirilmiş versiyasının sınaqlarını başa çatdırıb. Bu barədə “AzeriDefence” “Raytheon”un saytına istinadən məlumat verib.
Yeni kompleksin təchiz edildiyi rəngli sensorlu ekranı işə salınmadan sonra raketləri izləməyə imkan verir.

“Patriot”un yeni versiyası yenilənmiş radiolokasiya stansiyası, GEM-T (Guidance Enhanced Missile-Tactical) idarə olunan raketləri, həmçinin yeni işəsalma qurğuları və idarə etmə stansiyaları ilə təchiz olunub.

Sınaqların gedişatında “Patriot” müasirləşdirilmiş versiyası mürəkkəb relyefə malik sahədə kiçik hündürlükdə hərəkət edən hava hədəfini müvəffəqiyyətlə aşkar edib, izləyib və zərərsizləşdirib.

KATEQORIYA:
Bu xəbəri paylaş