“Pavel Derjavin” patrul gəmisinin dəniz sınaqları keçirilir

“Pavel Derjavin” patrul gəmisinin dəniz sınaqları keçirilir

Rusiyanın “Pavel Derjavin” patrul gəmisi ilk dəfə zavod sınaqları üçün dənizə çıxıb.

“AzeriDefence”nin TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Qara dəniz donanmasının mətbuat xidməti məlumat yayıb.

Dəniz sınaqları zamanı gəminin bütün sistemlərinin işlənməsi və tənzimlənməsi aparılacaq. Əsas elektrik stansiyasının müxtəlif iş rejimlərində işləkliyi yoxlanılacaq, ehtiyat mexanizmlər və müxtəlif avadanlıqlar, o cümlədən təcili enerji təchizatı sistemlərinə keçid zamanı, həmçinin gəmidə rabitə qurğularının fəaliyyəti yoxlanılacaq.

Dəniz sınaqları başa çatdıqdan sonra gəmi inşaatçıları heyət ilə birlikdə gəmi sistemlərini, mexanizmlərini və cihazlarını yenidən nəzərdən keçirəcək və gəmini növbəti sınaq mərhələsinə hazırlamağa davam edəcəklər.

Qeyd edək ki, “Pavel Derjavin” patrul gəmisinin inşasına 2016-cı ildə başlanıb və 2019-cu ildə istifadəyə verilib. “Pavel Derjavin” patrul gəmisi Qara dəniz donanmasının Novorossiysk dəniz bazasının su sahəsini qorumaq üçün nəzərdə tutulub.

 

KATEQORIYA:
Bu xəbəri paylaş