PC Maritime şirkətindən Azərbaycan gəmilərinə informasiya sistemləri

İngiltərənin PC Maritime şirkəti Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi ilə Qrafik Məlumatları və İnformasiya Göstərilməsi Elektron Sisteminin (ECDIS) qurulmasına dair müqavilə bağlayıb. Bu barədə “AzeriDefence” PC Maritime şirkətinə istinadən məlumat verib.

Əvvəlcə Gəmiçiliyin 13 gəmisi bu sistem ilə təchiz olunacaq. Cari ilin sonunda müqavilə üzrə əlavə ikinci sifariş ola bilər.

Müqaviləyə Jeppesen SENC formatlı elektron sxemlər və avtomat qurğular daxildir. ECDIS tipi üçün spesifik olan treninqlər XDG-yə PC Maritime şirkəti tərəfindən DVD formatda təqdim olunur.

Qeyd edək ki, Navmaster ECDIS nümunəsi Azərbaycan Dəniz Administrasiyası tərəfindən təsdiq olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş