Pentagon LS3 yükdaşıyan robotu çöl sınaqlarına hazırlayır

ABŞ Müdafiə Nazirliyinin Perspektiv Layihələr və Tədqiqatlar İdarəsi (DARPA) “Boston Dynamics” şirkəti ilə birgə dördayaqlı yükdaşıyan robotun çöl sınaqlarını keçirəcək. Bu barədə “AzeriDefence” saytı “Defense Aerospace” nəşrinə istinadən məlumat verib.

Sınaqlar çərçivəsində LS3 (Legged Squad Support System) layihəsinə əlavə yanacaq doldurmadan gün ərzində 180 kqu yükü 32 km məsafəyə aparmaq lazımdır. İstehsalçıların fikrincə, yükdaşıyan robot ABŞ Ordusunun hərbçilərinə kömək etməlidir. Bu robot yolundakı bütün maneələri keçməli, həmçinin, zəruri olduqda marşrutunda özü düzəliş etməlidir.

Qatıra bənzəyən LS3 funksiyasından başqa, radiostansiyaların və portativ qurğuların yenidən yükləməsi üçün əlavə enerji mənbəyi rolunu yerinə yetirəcək. Gələcəkdə robotu audio datçiklə təchiz etmək nəzərdə tutulur. O zaman robot səs komandaları ilə hərəkət edəcək.

Məlumata görə, LS3-ün çöl sınaqlarının Əfqanıstanın dağlıq ərazilərində keçirilmsi planlaşdırılır.

Qeyd edək ki, LS3 robotunun əsasında “Boston Dynamics” şirkətinin “BigDog” layihəsi dayanır.

KATEQORIYA:
Bu xəbəri paylaş