Pentaqon 3.4 milyard dollarlıq “Hydra-70” raketi sifariş edib

Pentaqon 3.4 milyard dollarlıq “Hydra-70” raketi sifariş edib

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və “General Dynamics” şirkəti arasında 3.4 milyard dollar dəyərində müqavilə imzalanıb.

Bu barədə “AzeriDefence” “Savunmasanayist.com“a istinadən məlumat verib.

Müqavilə əsasında “General Dynamics” şirkəti ABŞ Ordusu üçün açıqlanmayan sayda “Hydra-70” raket sistemləri istehsal edəcək. Sifarişin 2026-cı ilə qədər tamamlanması planlaşdırılır.

“Hava-yer” tipli 70 mm-lik “Hydra-70” idarə olunmayan raketi müxtəlif döyüş başlıqları ilə təchiz edilə bilər. Əsasən hücum helikopterləri, silahlı kəşfiyyat helikopterləri, o cümlədən yüngül hücum təyyarələri və döyüş təyyarələri tərəfindən istifadə edilən “Hydra-70” raketinin effektiv atış uzaqlığı 8 km təşkil edir.

KATEQORIYA:
Bu xəbəri paylaş