Pentaqon ABŞ təyyarələrinin UNO ilə qarşılaşması videolarını yayımladı

Pentaqon ABŞ təyyarələrinin UNO ilə qarşılaşması videolarını yayımladı

ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) ilk dəfə rəsmi şəkildə “naməlum” hava hadisələrini əks etdirən videoları yayımlayıb.

“AzeriDefence”nin məlumatına görə, aprelin 27-də Pentaqon rəsmi saytında Dəniz Qüvvələrinin Aviasiyası tərəfindən biri 2004-cü ilin noyabr ayında, digəri isə 2015-ci ilin yanvar ayında qeydə alınmış görüntülərini yerləşdirib.

“Hərtərəfli nəzərdən keçirildikdən sonra, bu videoların icazəli yayımlanmasının heç bir həssaslıq daşımadığı, hava və kosmik hücumların sonrakı araşdırmalarına mane olmadığı müəyyən edilib”, – deyə Pentaqonun məlumatında bildirilib.

Pentaqonun açıqlamasında yayımlanan videolarda müşahidə olunan hava hadisələri “naməlum” kimi xarakterizə olunub.

Qeyd edək ki, video yayımlandıqdan qısa müddət sonra ABŞ mediası ufoloqlara istinad edərək, bu görüntülərin uçan naməlum obyektlə (UNO) qarşılaşma zamanı qeydə alındığı iddia olunur.

 

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş