Pentaqon “Boeing” şirkətindən “Super Hornet” təyyarələri alır

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) “Boeing” şirkətinə 74 ədəd F/A-18E/F “Super Hornet” təyyarələri sifariş edib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə “Flightglobal” saytı xəbər yayıb.

Təyyarələrin alğı-satqısı 2018-ci ilin hərbi büdcə layihəsi çərçivəsində həyata keçiriləcək.

ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) əməliyyat imkanlarını artırmaq üçün “Boeing” şirkətindən 14 “Super Hornet”in 2018-ci ildə çatdırılmasını istəyib.

Layihəyə əsasən “Boeing” 2019-cu ildə 23, 2020-ci ildə 14, 2021-ci ildə 14 və 2022-ci ildə 15 ədəd F/A-18E/F “Super Hornet” təyyarələrini sifarişçiyə çatdıracaq.

Büdcə layihəsi yalnız HDQ-nin avisiya parkında yer alan təyyarələrin sayının artırılmasını deyil, həmçinin qabiliyyətlərinin yüksəldilməsini də əhatə edir.

KATEQORIYA:
Bu xəbəri paylaş