Pentaqon “General Dynamics”ə GMV maşınları sifariş edib

Pentaqon “General Dynamics”ə GMV maşınları sifariş edib

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) “General Dynamics Ordnance and Tactical Systems” şirkətinə GMV 1.1 (Ground Mobility Vehicle 1.1) yüngül nəqliyyat vasitələri sifariş verib.

Bu barədə Azeri Defence saytı ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

GMV 1.1 yüngül zirehli nəqliyyat vasitələrinin istehsalına dair tərəflər arasında imzalanmış müqavilənin dəyəri 48 901 837 ABŞ dolları təşkil edir.

GMV (A-GMV və ya AGMV) maşınları CH-47 “Chinook” helikopterinin içərisində və ya UH-60 helikopteri ilə asanlıqla daşına bilir.

Əsasən yolsuzluq şəraiti üçün mükəmməl vasitə hesab olunan GMV maşınları yüksək sürət və manevr imkanlarına malikdir.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş