Pentaqon “Javelin” kompleksi sifariş edib

Pentaqon “Javelin” kompleksi sifariş edib

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ilə “Raytheon/Lockheed Martin Javelin JV” şirkəti arasında yeni nəsil FGM-148 “Javelin” tank əleyhinə idarə olunana raket (TƏİR) kompleksinin tədarükünə dair müqavilə imzalanıb.

Bu barədə “AzeriDefence” “Armyrecognition”a istinadən məlumat verib.

Müqavilə çərçivəsində ilkin olaraq ABŞ Ordusu üçün 75 350 484 dollar dəyərində “Javelin JV” raket sistemləri istehsal ediləcək.

Müqaviləyə əsasən “Javelin JV” raket sistemləri 2023-cü ilin avqust ayına qədər sifarişçiyə çatdırılmalıdır.

FGM-148 “Javelin” ABŞ Ordusunun silahlanmasında yer alan M47 “Dragon” tank əleyhinə idarə olunan raket komplekslərini əvəz edəcək.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş