Pentaqon “Lockheed Martin” ilə bir milyard dollarlıq müqavilə bağlayıb

Pentaqon “Lockheed Martin” ilə bir milyard dollarlıq müqavilə bağlayıb

ABŞ Müdafiə Naziriliyi ilə “Lockheed Martin” şirkəti arasında PATR radarının (Phased Array Tracking Radar) istehalına dair müqavilə bağlanıb.

“AzeriDefence” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Naziriliyi (Pentaqon) məlumat yayıb.

PATR radarı “Raytheon” şirkətinin istehsalı olan “Patriot PAC-3” zenit raket kompleksi (ZRK) üçün hazırlanacaq.

Müqavilənin dəyəri 1.042.250.000 ABŞ dolları təşkil edir. Müqaviləyə PATR radarını istehsal etmək üçün bütün texniki, planlaşdırma, idarəetmə, istehsal və sınaq işləri daxildir.

Müqavilə çərçivəsində istehsal ediləcək PATR radarları 2024-cü ilin oktyabr ayına qədər sifarişçiyə təhvil verilməlidir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş