Pentaqonun “Aegis Ashore” kompleksinin atış sınaqları uğursuzluqla nəticələnib

ABŞ Ordusunun Havay adalarında keçirdiyi “Aegis Ashore” ballistik raket əleyhinə müdafiə sisteminin atış sınaqları uğursuzluqla nəticələnib.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi xəbərə görə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Raket Əleyhinə Müdafiə Agentliyi ilə ABŞ Donanmasının “Aegis Ashore” raket əleyhinə müdafiə kompleksinin SM 3 Block IIA raketləri ilə test atışlarının keçirilidiyini açıqlayıb.

Amerikanın CNN televiziyası bir çox müdafiə nümayəndəsinə istinadən verdiyi xəbərində “Rheython” şirkəti tərəfindən istehsal edilməkdə olan SM 3 Block IIA raketinin təyyarələrdən atılan raketləri vurmadığını açıqlayıb.

Pentaqon mövzuyla əlaqədar şərh verməkdən imtina etsə də, CNN ABŞ Ordusunun raket sınaqlarının uğursuz olmasının səbəblərini araşdırdığını bildirib.

Qeyd edək ki, SM-3 Blok IIA raketi ballistik raket təhdidlərinin qarşısını almaq üçün yerüstü raket əleyhinə “Aegis Ashore” müdafiə kompleksi ilə yanaşı gəmidə yerləşən “Aegis” müdafiə kompleksi ilə dəstləşdirilə bilir. Yeni SM-3 Blok IIA raketlərinin atış mənzili 700 – 2 500 kilometr təşkil edir.

KATEQORIYA:
Bu xəbəri paylaş