Petr Poroşenko: “Ukraynada NATO-ya üzvülüklə bağlı referendum keçiriləcək”

Ukraynada ölkənin NATO-ya daxil olması ilə bağlı referendumun keçirilməsi planlaşdırılır.

“AzeriDefence”nin məlumatına görə, bu açıqlamanı Almaniyanın “Berliner Morgenрost” qəzetinə Ukrayna prezidenti Petr Poroşenko verib.

O deyib ki, statistikaya görə, 4 il əvvəl ukraynalıların 16 faizi ölkənin NATO-ya daxil olmasının tərəfdarı idisə, indi bu rəqəm 54 faizə qədər yüksəlib.

P. Poroşenkonun sözlərinə görə, rəhbərlik etdiyi ölkə əhalisinin hansı mövqedə olmasını bilməsi onun üçün vacib amildir:

“Mən bununla bağlı ümumxalq referendumunun keçirilməsini tərəfdarıyam və bunu reallaşdıracağıq. Əgər ukraynalılar NATO-ya daxil olmaq siyasətini dəstəkləyəcəklərsə, mən bu prosesi ciddi şəkildə davam etdirəcəyəm”.

Xatırladaq ki, 2013-cü ilin dekabrında ölkədə baş verən hakimiyyət dəyişikliyindən sonra iqtidara gələn qüvvələr Ukraynanın Şimali Atlantika Blokuna (NATO) inteqrasiyası prosesinə start verərək, keçmiş müttəfiqi Rusiya ilə bütün əlaqələri kəsiblər.

2014-cü ildə isə Ukraynanın Ali Radası ölkənin heç bir bloka germəməsi ilə bağlı qanun qəbul edib.

2016-cı ildə isə NATO-nun keçmiş baş katibi Andres Foq Rasmussen Ukraynanın NATO-ya daxil olması üçün uzun illərin lazım olduğunu, hazırda belə bir addımın atılmasının mümükünsüzlüyünü söyləmişdi.

 

KATEQORIYA:
Bu xəbəri paylaş