Pilotsuz uçuş aparatı “dron atır” – FOTO

Pilotsuz uçuş aparatı “dron atır” – FOTO

Pilotsuz sistemlər getdikcə daha çox birləşir. Bu dəfə ABŞ-ın “Kratos Unmanned Aerial Systems” şirkətinin XQ-58A “Valkyrie” və “Area-I” şirkətinin “Altius-600” PUA-ları “dost” olmuşdur.

“Poliqon” xəbər verir ki, “Thedrive” portalı ABŞ Hərbi Hava Qüvvələri Tədqiqat Laboratoriyasının (Air Force Research Laboratory – AFRL) perspektivli PUA-dan faydalı yükün atılmasını uğurla sınaqdan keçirdiyini bildirib.

Sınaqlar Arizona ştatındakı Yuma poliqonunda yerinə yetirilib. Uçuş zamanı “Altius-600” dronu XQ-58A “Valkyrie” PUA-nın daxili bölməsindən buraxılıb. Həmçinin, bu uçuş XQ-58A “Valkyrie” PUA-nın sınaqlarında daha bir mərhələ idi – bu dəfə pilotsuz uçuş aparatı əvvəlkindən daha yüksək və daha uzağa uçub.

XQ-58A “Valkyrie” PUA, Low Cost Attritable Strike (LCAS) proqramı çərçivəsində – qırıcı təyyarə üçün aparıcı dronunun yaradılması istiqaməti olan “Low Cost Attritable Aicraft Technology” (LCAAT) layihəsinin bir hissəsi olaraq hazırlanır. PUA, Kratos İnsansız Hava Sistemləri tərəfindən ABŞ Hava Qüvvələri Tədqiqat Laboratoriyası (AFRL) ilə birlikdə hazırlanır.

Hələlik XQ-58A “Valkyrie” PUA-nın xüsusiyyətləri və imkanları gizli saxlanılır. Bununla belə, LCAAT proqramının açıqlanmasında, PUA-nın uzunluğunun 9 m-dən biraz çox olduğunu, qanad açıqlığının 8,2 m, daxili bölməyə və ya 8 ədəd xarici asmalara yerləşdirilə bilən faydalı yükün kütləsinin isə təxminən 270 kq olduğunu göstərilir. Reaktiv PUA-nın maksimal uçuş sürəti saatda 1050 km-dir.

“Altius-600” isə 3 kq-lıq faydalı yük daxil olmaqla təxminən 12 kq ağırlığında kiçik bir drondur. Bu dron modul quruluşu sayəsində müxtəlif növ faydalı yük – döyüş başlıqları və müxtəlif kəşfiyyat modulları ilə təchiz olunma imkanına malikdir. Dronun burun hissəsində radioelektron mübarizə avadanlığı və ya PUA-nı kamikadze dronuna çevirən silahlar yerləşdirilə bilir. “Altius-600” 440 km məsafəni qət edərək 4 saata qədər havada qala bilir.

Qeyd etmək lazımdır ki, bu, ABŞ-da PUA-lardan kiçik dronların buraxılmasının ilk təcrübəsi deyil. Belə ki, keçən il “Altius-600” dronunu MQ-1C “Gray Eagle” PUA-dan buraxılmışdır.

Əhəd Əzizov

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş