PMPV 6×6 zirehli maşının dövlət sınaqları başlayır – VİDEO

Finlandiyanın “Protolab Oy” şirkətinin istehsalı olan PMPV (Рrotected Мulti-Рurpose Vehicle) 6×6 zirehli maşını dövlət sınaqları başlayır.

AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumata görə, Finlandiya Müdafiə Nazirliyi “Protolab Oy” şirkətinə 4 ədəd PMPV 6×6 zirehli maşını sınaqdan keçirilməsi üçün sifariş verib.

Satınalmanın dəyəri ƏDV daxil olmaqla 4 milyon avro olacaq. PMPV maşınlarının serialı alınmasını müəyyən etmək üçün satın alınacaq 4 nümunənin dövlət testləri 2018-2020-ci illər ərzində həyata keçirilməlidir.

Maşının əsas üstünlüklərindən biri odur ki, texnikanın mina partlayışlarına qarşı müdafiə sistemi sələflərindən daha yüksək şəkildə formalaşdırılıb. Maşının ilkin hazırlanması 2009-cu ildə yekunlaşıb. Bundan sonra təkmilləşdirmə işləri davam etdirilib. 2016-cı ilin mayından başlayaraq isə maşının seriyalı istehsalına başlanılacağı söylənilib.

Çəkisi 14 ton olan maşın 6,7 litr həcmində dizel mühərriklə təchiz olunub. Texnikanın yürüş gücü isə 285 at gücüdür. Quruda sürəti 110 km/saat, suda isə 10-12 km/saat təşkil edir.

KATEQORIYA:
Bu xəbəri paylaş