Polaris Defence şirkəti hərəkətli yüngül atəş sistemini təqdim edib
Amerikanın Polaris Defence şirkəti 6×6 təkər formullu “Ranger” maşınının bazasında özünün RFSS (Ranger Fire Support System) yüngül atəş sistemini təqdim edib. “AzeriDefence”nin məlumatına görə, RFSS sistemi ABŞ-da keçirilmiş AUSA-2012 sərgisində təqdim olunub.
RFSS-in əsas silahını BAE Systems şirkətinin istehsalı olan 120 millimetr çaplı minaatan təşkil edir.
Bu yaxınlarda Fort Kempbeldə keçirilən sınaqlarda minaatan öz dəqiqliyini təsdiqləyib.
KATEQORIYA: Sənaye