Polkovnik Babək Səmidli son mənzilə yola salınıb

Polkovnik Babək Səmidli son mənzilə yola salınıb

Azərbaycan Ordusunun polkovniki Babək Səmidli son mənzilə yola salınıb.

“Azeri Defence”nin məlumatına görə, polkovnik Babək Səmidli doğulduğu Göyçay şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin yaxınları, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri, şəhər sakinləri iştirak edib.

Sonda korpus komandiri, general-mayor Hikmət Həsənov şəhid Babək Səmidlinin tabutu bükülmüş Azərbaycan bayrağını onun oğlanlarına verib.

Polkovnik Babək Səmidli Tərtər rayonunun Suqovuşan kəndi yaxınlığında Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında döyüşlər zamanı həlak olan hərbi qulluqçularının cəsədlərinin dəyişdirilməsi prosesi zamanı minaya düşərək şəhid olub.

KATEQORIYA:
Bu xəbəri paylaş