Polkovnik Dərgahlı: Cəbhədə vəziyyət gərgin olaraq qalır

Polkovnik Dərgahlı: Cəbhədə vəziyyət gərgin olaraq qalır

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət stabil gərgin olaraq qalır. Cəbhənin müxtəlif istiqamətlərində düşmən tərəfindən atıcı silahlardan istifadə olunmaqla atəşkəs rejimi pozulur

Azeri Defence saytının məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

“Düşmənin ön xətdə fəallığının qarşısı bölmələrimiz tərəfindən alınır. Görülən qabaqlayıcı tədbirlər nəticəsində Ermənistan ordusunun 2 hərbi qulluqçusu ağır yaralanıb”, – deyə Dərgahlı deyib.

Nazirlik sözçüsü bu gün gecə saatlarından başlayaraq Ağdam və Tovuz istiqamətlərində düşmənin 2 ədəd pilotsuz uçuş aparatının məhv edildiyini diqqətə çatdırıb.

KATEQORIYA:
Bu xəbəri paylaş