Polkovnik Rüfət Əmirov Müdafiə Nazirliyində idarə rəisi təyin olunub

Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, polkovnik Rüfət Əmirov Müdafiə Nazirliyinin Mənəvi psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi vəzifəsində təyin olunub. “AzeriDefence”nin məlumatına görə, bu barədə Rüfət Əmirov özü jurnalistlərə məlumat verib.

R. Əmirov bu vəzifəyə nazir general-polkovnik Zakir Həsənovun mayın 6-da imzaladığı əmrlə təyin edilib.

Jurnalistlərə açıqlamasında R. Əmirov bildirib ki, o, həmişə ordu ilə bağlı olub: “Mən həmişə ordu ilə yaşamışam və yaşayacağam da. Mənə etibar edilən vəzifələri yerinə yetirəcəyəm. Orduda nizam-intizamın yüksəlməsi və güclənməsi üçün çalışacağam”.

Polkovnik Azərbaycan Silahlı Qüvvələrində son iyirmi ildə mühüm irəliləyişlər olduğunu deyib: “İndi ordunun döyüş hazırlığı, mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir və biz bunun daha da gücləndirilməsinə çalışacağıq”.

R. Əmirov Silahlı Qüvvələrin inkişafı ilə bağlı müəyyən planlarının olduğunu və yeni vəzifəsində bunun icrasına çalışacağını deyib.

Qeyd edək ki, I Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrində müxtəlif vəzifələr tutmuş R. Əmirovun iştirakı ilə bir sıra uğurlu hücum əməliyyatları hazırlanıb, planlaşdırılaraq həyata keçirilib. Bir müddət Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsini icra edib.

KATEQORIYA:
Bu xəbəri paylaş