Polkovnik Vaqif Dərgahlı: “Artıq düşmən cəbhəyə qadınlarını göndərir”

Polkovnik Vaqif Dərgahlı: “Artıq düşmən cəbhəyə qadınlarını göndərir”

Əldə olunan məlumata əsasən, son günlər davam edən şiddətli döyüşlər nəticəsində xeyli itki verən düşmən ciddi şəkildə şəxsi heyət çatışmazlığı ilə üzləşir.

Azeri Defence saytının məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı mediaya açıqlamasında deyib.

Vaqif Dərgahlı bildirib ki, buna səbəb çoxlu sayda itkilərlə yanaşı Ermənistan silahlı qüvvələrinin bir sıra ön xətt bölmələrin şəxsi heyətinin demoralizə olunması, bir çox hərbi qulluqçunun isə ümumiyyətlə döyüşdən imtina etməsidir.

“İtkilərinin günü-gündən artması və ehtiyat qüvvələrinin az olması Ermənistan müdafiə nazirliyini ölkə qadınlarına müraciət etməyə vadar edib. Ermənistan müdafiə nazirliyi tərəfindən artıq qadın batalyonu yaradılıb və hazırda komplektləşdirilir”, – deyə polkovnik Vaqif Dərgahlı vurğulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş