
Polkovnik Vaqif Dərgahlı: Azərbaycan Ordusu atəşkəs rejimini pozmayıb
Azərbaycanın Müdafiə Nazirliyi Silahlı Qüvvələrimizin guya atəşkəsi pozması nəticəsində erməni işğalçı kontingentinin hərbi qulluqçusu Vardan Vaçaqanoviç Kirakosyanın (2000-ci il təvəllüdlü) yaralanması barədə Ermənistan KİV-lərində bu gün yayılmış məlumatı qəti şəkildə rədd edir.
Azeri Defence xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.
“Azərbaycan Ordusu 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın tələblərinə ciddi şəkildə əməl edir. Azərbaycan Ordusu tərəfindən heç bir atəşkəsin pozulması halı olmayıb”, – deyə Vaqif Dərgahlı bildirib.
KATEQORIYA: Xəbərlər